"Azəriqaz" "BAŞDAN AYAĞA" adlı yeni aksiyaya start verdi - VİDEO

 13:22 09.04.2022     481

SOCAR "Azəriqaz" İstehsalat Birliyi "BAŞDAN AYAĞA" adlı yeni aksiyaya start verib.

Bu barədə Redaktor.az-a qurumdan məlumat verilib.

Bildirilib ki, baş direktorun müavinləri təşəbbüs göstərərək, Birliyin qəza xidmətinin əməkdaşlarına dəstək olublar.

"Hər gün müxtəlif təyinatlı müraciətlərə operativ reaksiya verən qəza xidmətinin əməkdaşlarının yükünün müəyyən hissəsini öz üzərinə götürən baş direktorun müavinləri, Hövsan qəsəbəsində avtomobil qəzası nəticəsində baş verən hadisənin nəticələrini aradan qaldırıblar. Qısa müddətdə abonentlərə qazın verilişi təmin olunub. Müavinlər əməli işləri ilə bəyan ediblər ki, hər bir məmur xalqın xidmətçisidir. Bu aksiya abonentlər tərəfindən də təqdir olunub", - deyə məlumatda qeyd olunub.

Hadisə yerindən hazırlanmış videoreportajı təqdim edirik!

Vumart və Güvən reklamı Vumart Güvən