Əməkdar memarın ölkədən çıxışına QADAĞA QOYULDU

 14:16 09.04.2022     730

Azərbaycanın Əməkdar memarı Afis (Hafiz) Əmirxanovun ölkə hüdudlarından kənara çıxması məhdudlaşdırılıb.

Redaktor.az xəbər verir ki,  o, dövlətə olan vergi borcunu ödəmədiyi üçün məhkəməyə verilib.

Dövlət Vergi Xidmətinin Bakı Kommersiya Məhkəməsində A.Əmirxanova qarşı qaldırdığı iddia təmin olunub.

Məlum olub ki, memarın Dövlət Sosial Müdafiə Fonduna borcu var.

Qeyd edək ki, A.Əmirxanov Əməkdar memar və Prezident təqaüdçüsüdür. O, vaxtilə Memarlar İttifaqının I vitse-prezidenti olub

Vumart və Güvən reklamı Vumart Güvən