Sabahın havası - Güclü külək olacaq - YENİLƏNİB

 13:13 10.04.2022     814

Sabahın hava proqnozu açıqlanıb.

Redaktor.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında aprelin 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, gündüz cənub-qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.

Məlumatda o da qeyd edilib ki, Azərbaycanın rayonlarında isə aprelin 10-u axşamdan 12-si gündüzədək cənub-qərb küləyi arabir 15-20 m/s-dək güclənək.

Havanın temperaturu gecə 9-12°, gündüz 15-18° , Bakıda gecə 10-12°, gündüz 15-17° isti olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65% olacaq.

Havanın temperaturu gecə 8-13°, gündüz 22-27°, dağlarda gecə 2-7°, gündüz 12-17° isti olacaq.
 

Vumart və Güvən reklamı Vumart Güvən