Vilayət Eyvazovdan yeni TƏYİNAT

 18:39 10.04.2022     2514

Xocalı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə yeni rəis təyin edilib.

Redaktor.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə polis kapitanı Ramin Əliyev Vitali oğlu təyinat alıb. Qeyd edək ki, o, bu təyinatadək Goranboy RPŞ DYP bölməsində çalışıb. Xocalı DYP-nın əvvəlki rəisi Nemət Məmmədov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib (lent.az).

Vumart və Güvən reklamı Vumart Güvən