Bakının bu ərazilərində su KƏSİLƏCƏK
Sabah Bakının Maştağa, Nardaran, Buzovna qəsəbələrinə, həmçinin Zabrat və Ramana qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.
Redaktor.az "Azərsu" ASC-yə istinadla xəbər verir ki, bunun səbəbi yay mövsümünə hazırlıq məqsədilə profilaktik işlərin aparılmasıdır.
Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.












