Deputat pandemiya cərimələrinin ləğvini TƏKLİF ETDİ

 12:58 12.04.2022     542

Azərbaycanda pandemiya dövründə yazılan cərimələrin ləğv edilməsi təklif edilir.

Redaktor.az xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Razi Nurullayev parlamentin bu gün keçirilən iclasında çıxış edib.

O bildirib ki, bu məsələ parlamentin komitələri tərəfindən müzakirə olunaraq plenar iclasa çıxarılmalıdır.

Deputat həmçinin PCR testinin ləğv edilməsini və Azərbaycanın quru sərhədlərinin açılmasını da təklif edib.

Vumart və Güvən reklamı Vumart Güvən