Rusiyanın 432 ton pomidoru geri qaytarmasına rəsmi reaksiya

 13:38 12.04.2022     1167

“Rusiya Azərbaycandan pomidor idxalına qadağa qoymayıb”. 

Redaktor.az xəbər verir ki, bunu AQTA sədri Qoşqar Təhməzli qonşu ölkənin Azərbaycandan pomidor idxalına qadağa qoymasına dair məlumatları şərh edərkən deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın heç bir müəssisəsindən Rusiyaya alma və ya pomidor ixracına dair bir qadağa yoxdur.

Xatırladaq ki, ötən gün Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin yaydığı məlumata görə, Azərbaycandan göndərilən 432,5 ton həcmində təzə pomidor Rusiyaya buraxılmayıb. 

Vumart və Güvən reklamı Vumart Güvən