Bakı metrosunda qatarların hərəkəti ləngidi

 10:00 13.04.2022     708

Bakıda metroda qatarda problem yaranıb.

Bakı metropoliteninin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Redaktor.az-a açıqlamasında bildirib ki, hadisə səhər saatlarında "Həzi Aslanov-Dərnəgül" istiqamətində hərəkət edən qatarda baş verib.

"Qatarda texniki nasazlıq ehtimalı olub. Bu səbəbdən "Neftçilər" stansiyasında, normativ tələblərə görə, maşinistin tələbinə uyğun olaraq, sərnişinlər düşürülüb və qatar texniki baxış üçün stansiya dalanına verilib. Nəticədə xətdə iki dəqiqə yubanma yaranıb. Xəttə əvəzinə qatar verilib",-B. Məmmədov deyib.

Vumart və Güvən reklamı Vumart Güvən