Elman Rüstəmova yeni vəzifə VERİLDİ

 12:23 13.04.2022     2465

Azərbaycan Mərkəzi Bankının keçmiş sədri Elman Rüstəmova yeni vəzifə verilib.

Bu barədə Redaktor.az-a Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, o, Baş nazir Əli Əsədovun müşaviri təyin edilib.

Qeyd edək ki, ötən gün Milli Məclisin qərarı ilə Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilib. O, İdarə Heyətinin üzvlüyündən azad edilməklə həm də Mərkəzi Bankın sədrliyindən də azad olunub. 

E.Rüstəmov 1995-ci ilin yanvar ayından Mərkəzi Bankın rəhbəri idi.

Vumart və Güvən reklamı Vumart Güvən