İmamların dövlət yardımı artdı
Azərbaycanda məscid imamlarına və müavinlərinə dövlət tərəfindən verilən maddi yardım artırlıb.
Redaktor.az xəbər verir ki, imamlara verilən maddi yardım 630 manatda 882 manata, imam müavinlərinə verilən maddi yardım isə 490 manatdan 685 manata qaldırılıb.
Yeri gəlmişkən, Azərbaycanda bəzi məscid imamları vəzifəsindən kənarlaşdırılacaq.
Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qərar qəbul edib.
Məlumata görə, ali və orta ixtisas dini təhsili olmayan imamlara həm dövlət tərəfindən verilən maddi yardım kəsiləcək, həm də onlar vəzifələrini itirəcəklər.












