İsmayıllı-Lahıc yolu açıldı

 13:30 14.04.2022     670

İsmayıllı-Lahıc avtomobil yolunun 17-18-ci km-lik hissəsində yolun hərəkət hissəsinə tökülən qaya parçaları əsas hissəsi təmizlənərək yolda hərəkət qismən bərpa olunub.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Redaktor.az-a verilən məlumatda bildirilib.

Qeyd edək ki, bu gün səhər saatlarında İsmayıllı-Lahıc avtomobil yolunun 17-18-ci km-lik hissəsində yolun hərəkət hissəsinə qaya parçaları tökülmüş, yol bağlanmışdı.

Vumart və Güvən reklamı Vumart Güvən