"Azərişıq" Qarabağda olan abunəçilərinin sayını açıqladı

 18:10 14.04.2022     303

"Azərişıq" ASC-nin işğaldan azad edilmiş ərazilərdə 600-dən çox abunəçisi var.

Redaktor.az xəbər verir ki, bunu səhmdar cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu bildirib.

"Bu say getdikcə artır. Təkcə Şuşa şəhərində isə 250-dən çox abunəçi qeydiyyatdan keçib. Söhbət həm əhali, həm də qeyri-əhali abunəçilərdən gedir", - deyə o, qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən