Azərbaycanda koronavirusla bağlı məhdudiyyətlər aradan qaldırılacaq - RƏSMİ

 09:47 15.04.2022     540

 

“Koronavirusla bağlı məhdudiyyətlər növbəli şəkildə aradan qaldırılır”.

Redaktor.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov deyib.

Onun sözlərinə görə, ölkədə məhdudiyyətlər COVID-19 xəstəliyinin yayılma tezliyinə əsasən tənzimlənir:

“Bir çox məhdudiyyətlərin qaldırılması haqda müvafiq qurumlar tərəfindən Nazirlər Kabinetinə verilən təkliflər dəyərləndirilir və həyata keçirilir”.

O qeyd edib ki, çox yaxın vaxtda həmin təkliflər barədə qərar veriləcək və digər məhdudiyyətlər aradan qaldırılacaq (apa).

Vumart və Güvən reklamı Vumart Güvən