Azərbaycan ukraynalı qaçqınlara humanitar yardım GÖNDƏRDİ

 09:52 15.04.2022     959

Bu gün Azərbaycan hökuməti Ukraynadakı böhran nəticəsində Moldova ərazisinə keçmiş ukraynalı qaçqınlara təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi və ilkin ehtiyacların qarşılanması üçün humanitar yardım göndərib.

Redaktor.az xəbər verir ki, ümumi dəyəri 1,7 milyon manatdan artıq olan 29 tonluq humanitar yardımın Kişinyov hava limanına çatdırılması üçün təyyarə bu gün səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola düşüb (report).

 

22222
Vumart və Güvən reklamı Vumart Güvən