İki deputat yeni vəzifəyə seçildi

 11:42 15.04.2022     494

Milli Məclisin parlamentlərarası iki işçi qrupunun rəhbəri dəyişib. 

Redaktor.az xəbər verir ki, bununla bağlı parlamentin bu gün keçirilən iclasında "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Qərarda dəyişiklik müzakirə olunub. 

Dəyişikliyə görə, Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Soltan Məmmədovun, Azərbaycan-Mavritaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə isə Sadiq Qurbanovun namizədliyi irəli sürülüb.

Sənəd səsə qoyularaq qəbul edilib.

Vumart və Güvən reklamı Vumart Güvən