"Dövlət qurumlarında xəbərdarlıq edilmədən narkotik müayinəsi keçirilsin" - Fazil Mustafa

 12:16 15.04.2022     924

“Bizdə qeyri-rəsmi məlumatlar var, dövlət qurumlarında narkotik testindən keçməyən və narkotikə qurşanan şəxslər var. Biz bunun qarşısını almalıyıq”.

Redaktor.az xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında deyib.

“Biz öncədən xəbərdarlıq edilmədən narkotiklə bağlı müayinəni dövlət qurumlarında həyata keçirməliyik. Bizə lazımdır ki, narkoman aşkar olunsun. Onlar dövlət qurumunda yer almasın", - deyə deputat bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən