Qənirə Paşayeva Özbəkistan Ali Məclisində mühüm görüşlər keçirib - FOTO

 15:33 15.04.2022     228

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Özbəkistan paytaxtı Daşkənddə və Surxandərya vilayətində keçirilən Azərbaycan mədəniyyəti günlərində iştirak edən  Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və onun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Özbəkistan Respublikası Ali Məclisi Qanunvericilik Palatası sədrinin müavini, Özbəkistan-Azərbaycan parlamentlərarası Dostluq qrupunun rəhbəri Əlişir Kadırov, Elm, Təhsil, Mədəniyyət Komitəsinin sədri və komitəsnin üzvləri ilə  görüşüb.

Redaktor.az xəbər verir ki, görüşlərdə tarixən bir-birinə bağlı olan, dili bir, dini bir xalqlarımız və qardaş dövlətlərimiz arasında yüksək səviyyəli münasibətlərdən, parlamentlərarası əlaqələrdən, eləcə də, mədəniyyət, təhsil və elm sahəsində günü gündən güclənən əlaqələrdən danışılıb.

Q.Paşayeva Azərbaycan Milli Məclisinin sədri Sahibə xanım Qafarovanın Özbəkistana bugünlərdə gerçəkləşən rəsmi səfərini, imzalanan sənədləri, keçirilən görüşləri parlamnetlərarası əlaqələrimizin inkişafında mühüm hadisə olaraq şərh edib.

Qardaş ölkələrimiz arasında mədəni əlaqələrin günü-gündən inkişaf etdiyini bildirən Komitə sədri, parlamentlərimiz arasında, o cümlədən uyğunprofilli komitələrin işbirliyinin daha da inkişaf etdirilməsinin vacibliyindən danışıb.

Q.Paşayeva Özbəkistan ayrı-ayrı vilayətlərində hər il keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərini qardaş ölkələrimizin mədəni mübadiləsini gücləndirən, yeni layihələrin, ideyaların meydana çıxmasına vəsilə olan hadisələr kimi dəyərləndirib.

Komitə sədri vitse-spikerə Qarabağ motivli xatirə hədiyyəsi və Azərbaycan həqiqətləri ilə bağlı kitablar təqdim edib.

Görüşdə Millət vəkili, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Müşfiq Cəfərov, Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli, Özbəkistanda keçirilən tədbirlərə dəstək verən qurumlardan olan “NƏFƏS” İB-nin sədri Firəngiz Balakişiyeva və tanınmış rejissor Elnurə Kazımova iştirak edib.

2222222222
Vumart və Güvən reklamı Vumart Güvən