Bakının bu küçəsi BAĞLANACAQ

 19:16 15.04.2022     414

Sabah saat 9:00-dan, 17 aprel saat 20:00-dək Azadlıq prospektində aparılacaq təmir işləri ilə əlaqədar, sözügedən prospektin Sahib Zeynalov küçəsi ilə kəsişməsindən, Şamil Əzizbəyov küçəsinin kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Redaktor.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.​

Vumart və Güvən reklamı Vumart Güvən