Azərbaycanda son sutkada yoluxanların sayı AÇIQLANDI

 16:30 16.04.2022     2042

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 14 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb.

Redaktor.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, ötən sutka koronavirusdan ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 349 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 506 nəfər müalicə olunaraq sağalıb, 9 705 nəfər vəfat edib. 138 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 776, bu günə qədər isə ümumilikdə 6 766 600 test icra olunub.

 

Vumart və Güvən reklamı Vumart Güvən