Azərbaycanın bu ərazisində zəlzələ oldu

 09:43 17.04.2022     320

Yerli vaxtla saat 05:05-də Mingəçevir stansiyasından 6 km cənub-qərbdə Yevlax ərazisində zəlzələ qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, maqnitudası 3,3, dərinliyi isə 26 km olan yeraltı təkanlar episentrdə və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Vumart və Güvən reklamı Vumart Güvən