"Azəriqaz" rəhbərliyi bu dəfə Beyləqan sahibkarları ilə görüşəcək

 12:30 18.04.2022     8676

“Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Bu barədə Redaktor.az-a "Azəriqaz"dan verilən məlumatda deyilir.

Qeyd olunub ki, Birlik rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Beyləqan rayonunda təşkil olunacaq. "Azəriqaz" İB-nin rəhbər şəxsləri Beyləqan Gənclər Mərkəzində baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar. “Səyyar qəbul otağı” aprelin 19-da saat 13:00-dan 14:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən