Son sutkada peyvənd olunanların STATİSTİKASI

 21:32 19.04.2022     1456

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 7117 vaksin vurulub.

Redaktor.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 627, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 525, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 5 552, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 413 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 602 359, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 335 121, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 837 020, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 193 254, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 236 964 nəfər təşkil edir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Vumart və Güvən reklamı Vumart Güvən