Ukraynada əsir düşən azərbaycanlı tələbə VƏTƏNƏ QAYITDI
Ukraynada Rusiya hərbçilərinin əsirliyindən azad olunan azərbaycanlı tələbə Hüseyn Abdullayev vətənə qayıdıb.
Redaktor.az xəbər verir ki, H. Abdullayev əvvəlcə Polşaya, oradan isə Macarıstan vasitəsilə Bakıya gəlib.
Xatırladaq ki, Neftçala rayon sakini olan H.Abdullayev Ukraynada ali təhsil alırdı. O, ötən ay sığınacaqdan çıxaraq avtomobillə Mariupol şəhərini tərk etmək istəyərkən Rusiya hərbçiləri tərəfindən əsir götürülmüşdü. Bir həftə öncə isə Rusiya hərbçilərinin əsirliyindən azad olunan tələbə Azərbaycan diaspor nümayəndələrinə təhvil verilmişdi (report).












