“Vaxtında aşkarlanan bağırsaq xərçəngini müalicə etmək mümkündür" - Tanınmış cərrah Zahid Zahidov - VİDEO

 10:16 21.04.2022     1277

"Yoğun bağırsaq şişləri xoşxassəli və bədxassəli olmaqla iki növə bölünür. Şiş inkişaf etdikcə qarında köp, ağırlıq hissi, ürəkbulanma, iştahasızlıq, qida qəbulundan 3-4 saat sonra qarında güclü qurultunun yaranması, qarında ağrı, ishalla növbələşən qəbizlik, qanlı nəcis ifrazı, daha sonralar isə bağırsaq keçməzliyi, ümumi intoksikasiya əlamətləri, anemiya ilə təzahür edir". 

Bunu Redaktor.az-a açıqlamasında tibb üzrə fəlsəfə doktoru Zahid Zahidov deyib. 

Həkim qeyd edib ki, bağırsaq xərçəngi kişilərdə ağciyər xərçəngindən, qadınlarda süd vəzi xərçəngindən sonra letallıq baxımından ikinci yerdədir. 
Xərçəngin yaranmasında genetik faktorlar önəm daşıyır. Xəstəlik ağırlaşmaya meyillidir. Poliplər qanaxma, hissəvi bağırsaq keçməzliyi, anemiya, üzülmə, xərçəngə çevrilmə ilə ağırlaşır. 

“Müalicə taktikası xəstəliyin mərhələsi, şişin ölçüsü, limfa düyünlərinin, digər toxuma və orqanların metastatik zədələnmə dərəcəsindən asılıdır. Ümumiyyətlə, bağırsaq xərçənginin qızıl standartı cərrahi yolla müalicə metodudur. Erkən müayinə ilə xərçəngdən xilas ola bilərsiniz. Əgər şiş tez zamanda aşkarlanıb məhv edilsə, ağırlaşma olmayacaq” - deyə, həkim vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən