Sabah "Azəriqaz"da "Açıq qapı" olacaq

 15:29 21.04.2022     375

"Azəriqaz" İstehsalat Birliyinin (İB) inzibati binasında növbəti “Açıq qapı" aksiyası 22 aprel saat 11:00-da keçiriləcək.

Qurumdan Redaktor.az-a verilən məlumata görə, aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.

Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (bloger) bu tədbirə dəvətlidir.

Vumart və Güvən reklamı Vumart Güvən