AZGRANATA şirkəti Nur uşaqlar evini ziyarət edib - FOTO

 16:46 21.04.2022     265

"“AZGRANATA” MMC-nin əsas missiyalarından biri də məhz sosial məsuliyyətdir. Şirkət mütəmadi olaraq Qocalar və Uşaqlar Evini ziyarət edir, aztəminatlı ailələrə baş çəkərək, onların qayğısına qalır, maddi və mənəvi olaraq dəstək göstərir".

Bu barədə Redaktor.az-a “AZGRANATA” MMC-dən daxil olan məlumatda deyilir.

Bildirilib ki, "AZGRANATA Müqəddəs Ramazan ayı münasibətilə bu dəfə Nur uşaqlar evini ziyarət edib. Bu ziyarətdə şirkət tərəfindən dəvət edilmiş tanınmış influencer xanımlar da iştirak edib. Ziyarət zamanı uşaqlara şirkət tərəfindən müxtəlif hədiyyələr təqdim edilib. Onlarla müxtəlif əyləncəli oyunlar oynadıqdan sonra bir süfrə arxasında nahar edilib.

222222222
Vumart və Güvən reklamı Vumart Güvən