Generala ağır itki ÜZ VERDİ

 15:45 23.04.2022     294

Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsinin rəisi, ədliyyə generalı Fazil Həsənəliyevə ağır itki üz verib.

Redaktor.az xəbər verir ki, F.Həsənəliyevin qardaşı Ataxan Həsənəliyev vəfat edib. Onun ağır xəstəlikdən dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, Həsənəliyev qardaşları uzun müddət Naxçıvan Muxtar Respublikasında rəhbər vəzifələrdə çalışmış, eləcə də 2017-ci ilədək Naxçıvan MR Ali Məclisinin sədrinin müavini olmuş Mirhəşim Seyidovun bacısının övladlarıdır.

Fazil Həsənəliyev isə daha əvvəl Bakı şəhər prokurorunun birinci müavini, Gəncə şəhər prokuroru kimi vəzifələrdə çalışıb (qafqazinfo).

 

Vumart və Güvən reklamı Vumart Güvən