Avtomobilin vurduğu 13 yaşlı piyada xəstəxanada öldü

 16:23 23.04.2022     711

Hacıqabulda 3 ay əvəl avtomobilin vurduğu 13 yaşlı yeniyetmə xəstəxanada ölüb.

Redaktor.az xəbər verir ki, bu il yanvarın 31-də Hacıqabul rayonunun Udulu-1 qəsəbə sakini, Şükür Qocayev idarə etdiyi "Mercedes" markalı avtomobillə kənd sakinləri, 2009-cu il təvəllüdlü Qocayev Əli Teymur oğlunu və 2007-ci il təvəllüdlü Ümid Qocayevi vurub.

Hər iki piyada xəstəxanaya yerləşdirilib. Ağır kəllə-beyin travması alan 13 yaşlı Əli Qocayev bu gün müalicə aldığı Şirvan şəhər mərkəzi xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.

Faktla bağlı Hacıqabul rayon Polis Şöbəsində araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən