"Hayat Group" şirkətinə cərimə protokolu tərtib edildi
"Hayat Group" MMC-yə cərimə protokolu yazılıb.
Redaktor.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokollar tərtib edilib. Daha sonra protokollar baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. İddia hakim Elməddin Hüseynovun icraatına verilib. Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.
Qeyd: "Hayat Group" MMC 2013-cü ildən etibarən Azərbaycan, Gürcüstan, Ukrayna, Tacikistan, Qırğızıstan, Özbəkistan, Küveyt bazarlarında HOWO-SINOTRUK, XCMG, YTO və ISUZU kimi markalarının təmsilçisi kimi fəaliyyətə başlayıb. Şirkət ağır yol-tikinti və kənd təsərrüfatı texnikalarının satışı və servisi ilə məşğul olur (pravda).












