Azərbaycanda son sutkada yoluxanların sayı AÇIQLANDI

 16:31 24.04.2022     4283

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 20 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb.

Redaktor.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, son sutkada COVID-19-dan ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 496 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 646 nəfər müalicə olunaraq sağalıb, 9 707 nəfər vəfat edib, aktiv xəstə sayı 143 nəfərdir.

 

Azərbaycanda son sutkada 20 nəfər COVID-19-a yoluxub, ölən olmayıb

Vumart və Güvən reklamı Vumart Güvən