Allahşükür Paşazadə “Qurani-Kərim”in yandırılmasını pislədi

 14:21 25.04.2022     660

"Dünyanın müxtəlif nöqtələrində dini məkan və rəmzlərin təhqir olunması hallarını, o cümlədən Ramazan ayında İsveçdə, Danimarkada “Qurani-Kərim”in yandırılmasına cəhd hallarını, habelə Qüdsdə baş verən qarşıdurmaları qətiyyətlə pisləyirəm".

Redaktor.az-ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə öz iqamətgahında müqəddəs Ramazan ayı münasibətilə verdiyi iftar süfrəsində deyib.

Şeyxülislam dini heysiyyətdən siyasi məqsədlər üçün sui-istifadə edilməsinin yolverilməzliyini və bütün dinlərin liderləri tərəfindən birmənalı şəkildə qınanılmalı olduğunu bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən