"Azəriqaz" Salyanda da “Açıq mikrofon” quracaq

 15:20 25.04.2022     667

“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.

Redaktor.az xəbər verir ki, bu dəfə “Səyyar qəbul otağ”ı Salyan rayonunda təşkil olunacaq.

"Azəriqaz" İB-nin rəhbər şəxsləri Salyan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 137 (Mərkəzi Kitabxana) ünvanında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar. Aprelin 27-si saat 12:00-dan 13:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək.

Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Vumart və Güvən reklamı Vumart Güvən