SOCAR qazın rublla ödənilməsi xəbərini TƏKZİB ETDİ

 19:34 25.04.2022     407

SOCAR Azərbaycan Respublikasının Rusiya Federasiyasından idxal etdiyi qazın dəyərini rublla ödənilməsinə dair yayılan məlumata münasibət bildirib.

Redaktor.az.az APA-ya istinadən xəbər verir ki, şirkət yayılan bu məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar bildirib ki, ekspert hesablamalarına görə, Rusiya ilə Azərbaycan arasında bütün ticarətin təxminən 30%-i rublla həyata keçirilir və bütövlükdə Rusiya-Azərbaycan iqtisadi münasibətlərinin arxitekturası xarici neqativ amillərə o qədər də həssas deyil və qeyri-standart vəziyyətlərə tez uyğunlaşır.

Vumart və Güvən reklamı Vumart Güvən