Əbülfət Rzayev Bəxtiyar Hacıyevi qəbul etdi

 19:45 25.04.2022     490

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, general-mayor Əbülfət Rzayev ictimai fəal Bəxtiyar Hacıyevi qəbul edib.

Redaktor.az xəbər verir ki, bu barədə Bəxtiyar Hacıyevin özü məlumat yayıb.

O qeyd edib ki, məsələ nazirin nəzarətindədir: "Bu gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi qəbul edib, CM-nin 221.2.1 (xuliqanlıq) maddəsilə cinayət işi açılıb".

Qeyd edək ki, ictimai fəal Bəxtiyar Hacıyev sosial şəbəkə hesabında aprelin 21-də naməlum şəxslər tərəfindən qaçırıldığını yazmış, eyni gündə də məsələ ilə bağlı daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən qəbul edilmişdi.

Vumart və Güvən reklamı Vumart Güvən