Motosiklet sürücüsünü döyən vəzifəli şəxs danışdı - “Məni işdən çıxaracaqlar”

 09:35 26.04.2022     736

“Heç özüm də bilmədim ki, bu hadisə necə baş verdi. Çox əsəbi idim, təzyiqim qalxmışdı. Nəvəmi məktəbdən gətirirdim. Kaş olmayaydı”.

Redaktor.az xəbər verir ki, bunu "gununsesi.info"ya açıqlamasında paytaxtda motosiklet sürücüsünü döyən vəzifəli şəxs - Sultan Dadaşov yayılmış görüntülərinə münasibətində deyib.

O bildirib ki, həmin an özündə olmayıb və işdən azad olunacağını da gözləyir:

“Mən təəssüf edirəm. Nə qərar versələr, hazıram”.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumata görə motosikletçini döyən LEXUS GX460 markalı, 10 VX 707 dövlət nömrə nişanlı avtomobilin sahibi və sürücüsü 1959-cu il təvəllüdlü Sultan Tofiq oğlu Dadaşovdur. Məlumata görə, o, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Sarayının təminatı şöbəsinin müdiri, dövlət qulluğunun baş müşaviridir. 

Onun "ARPİA" MƏNZİL TİKİNTİ KOOPERATİVİ adlı tikinti şirkəti olduğu da deyilir.

Sultan Tofiq oğlu Dadaşov 15 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Prezidentin sərəncamı ilə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.