Spiker Zəfər Qurultayından DANIŞDI

 11:11 26.04.2022     341

“Bir neçə gün öncə Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı keçirilib. Qurultay Azərbaycanın Cənubi Qafqazın lideri olduğunu nümayiş etdirdi”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti Qurultayda geniş və dərin məzmunlu nitq söyləyib: “Bu nitq qarşıdakı dövr üçün əsas vəzifələri müəyyən edib”.