Deputat bank faizlərinə görə cərimələrin silinməsini TƏKLİF ETDİ

 11:27 26.04.2022     666

Azərbaycanda bank kreditlərinin kəskin ucuzlaşdırılması təklif edilib.

Redaktor.az xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Tahir Kərimli parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

"Azərbaycan banklarında kreditlərin illik faiz dərəcəsi 20%-dən çoxdur, 5-6% olmalıdır. İnsanlar qazandıqlarının hamısını banka verir. Bank borcları, onların faizlər bu gün əsas problemdir”, - deyə, o, qeyd edib.

Millət vəkili həmçinin Azərbaycan banklarının tətbiq etdikləri cərimələrin silinməsini təklif edib.