Motosikletçini döyən məmur həbs edilməyib - DİN-dən AÇIQLAMA

 13:09 26.04.2022     914

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin əməkdaşı Sultan Tofiq oğlu Dadaşovun Murad Salman adlı motosiklet sürücüsünü təhqir edib döydüyü əks olunan video paylaşılıb.

Bəzi media qurumlarında Sultan Dadaşovun saxlanıldığı və onun barəsində məhkəmənin hökmü ilə 25 sutka həbs qətimkan tədbirinin seçilməsi barədə xəbərlər yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynov isə Redaktor.az-a açıqlamasında Sultan Dadaşovun saxlanıldığını təkzib etdi:

“Xeyr, belə bir şey yoxdur. Hazırda həbs yoxdur. Hələ araşdırma müddəti olduğu üçün bir şey deyə bilmirik. Araşdırma müddəti bitdikdən sonra deyiləcək”.

Zərif Ülviqızı