"Nə edək, indi hamımız kameralı kaskalarla gəzək ?"

 18:32 26.04.2022     721

“Kuryerin üzərinə maşın sürən, onu təhqir edən, əl qaldıran məmurun cəzalanmasına zərərçəkənin kaskasında kameranın olması səbəb oldu”.

Redaktor.az xəbər verir ki, bunu REAL Partiyasının idarə heyətinin üzvü Natiq Cəfərli sosial şəbəkə hesabında yazıb.

“Əslində isə normal ölkədə belə hərəkətlər ədalətli məhkəmə sisteminə görə olmalıdır.

Əsl dərd budur, ancaq ictimai qınaq yaradan, görüntüsü yayılan hadisələr zamanı hakimiyyət hüquqi müstəvidə hansısa addımlar atır – nə edək, indi hamımız kameralı kaskalarla gəzək ki, bu ölkədə ədalətli qərarların alınmasına nail olaq?!”, - o qeyd edib.