Uşaq bağçaları YOXLANILACAQ

 19:47 26.04.2022     680

“Uşaq bağçalarının müdirlərinin işə qəbulunun müsabiqə əsasında keçirilməsini planlaşdırırıq”.

Redaktor.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “QəbuldASAN” verilişində deyib.

Nazir bildirib ki, yaxın həftələrdə bununla bağlı elan veriləcək:

“Aprel ayından başlayaraq təchizat məsələləri bizim nəzarətimizə keçib, 3 həftə ərzində nazirlikdən xarüqələr gözləmək ədalətli olmaz.

Biz nəzarət funksiyasını da həyata keçirdiyimizə görə növbəti həftələrdə bağçalarda planlı və plandankənar yoxlamalar keçiriləcək”.