Musa Yaqubun qəbirüstü abidəsi ucaldıldı - FOTO

 21:24 26.04.2022     309

Bu gün mərhum Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsi ucaldılıb.

Redaktor.az xəbər verir ki, bu barədə APA-ya şairin nəvəsi Rüfət Qarazadə məlumat verib.

O bildirib ki, abidənin açılışı mayın 7-də, mərhum şairin vəfatının ildönümündə baş tutacaq.

Qeyd edək ki, Musa Yaqub ötən il mayın 7-də İsmayıllı rayonunun Buynuz kəndində vəfat edib. O, vəsiyyətinə uyğun olaraq kənd qəbiristanlığında, həyat yoldaşının yanında torpağa tapşırılıb.

Xatırladaq ki, heykəlin müəllifi Xalq rəssamı Natiq Əliyevdir.

 

Vumart və Güvən reklamı Vumart Güvən