Nazir polis polkovnik-leytenantını bu vəzifəyə TƏYİN ETDİ

 10:39 27.04.2022     598

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Redaktor.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Şahin Əliyev Daxili İşlər Nazirliyi (DİN) Abşeron Rayon Mühafizə İdarəsinin rəis müavini təyin edilib.

Qeyd edək ki, Ş.Əliyev DİN-in Baş Mühafizə İdarəsinin sabiq rəisi, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdir müavini general-mayor Yaşar Əliyevin qohumudur (report).