İnstitut direktoru işdən ÇIXARILDI

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova vəzifəsindən azad edilib.
Bu barədə Redaktor.az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov bununla bağlı bu gün əmr imzalayıb.
Onun yerinə hələlik təyinat yoxdur.
Qeyd edək ki, Həqiqət Qədirova 2017-ci ildən sözügedən institutda direktor vəzifəsində çalışırdı.