"Gömrük Komitəsi ilə problemlər yaşayırıq" - Akif Əlizadə

 14:04 27.04.2022     459

"Azərbaycan elminin inkişaf strategiyası hazırlanmalıdır".

Redaktor.az-ın məlumatına görə, bunu akademik Akif Əlizadə deyib.

"Sanki 2015-ci ildən sonra inkişaf strategiyası dayanıb. Cihazların alınmasında çətinliklər var. Biz Dövlət Gömrük Komitəsi ilə problemlər yaşayırıq. Həmin cihazlar gömrük rüsumundan azad edilməlidir. Çünki bəzən cihazın qiymətindən 40 faiz artıq rüsum veririk. Yəni, elmin inkişafı üçün cihazların alənmasında çətinliklər çəkirik", - o, əlavə edib (report).