Vilayət Eyvazov ona yüksək vəzifə verdi - FOTO

 14:15 27.04.2022     622

Bir müddət öncə Daxili İşlər Nazirliyinin tabeliyinə verilən Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə (NİİM) yeni rəhbər təyin edilib.

Redaktor.az xəbər verir ki, daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə bu vəzifəyə polis polkovnik-leytenantı Namidan Piriyev gətirilib.

O, bu təyinata qədər Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, daha öncə İdarənin şöbə rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, NİİM bu il fevralın 7-də DİN-in tabeliyinə verilib. Qurum həmin tarixədək Bakı Nəqliyyat Agentliyinin (BNA) tabeliyində olub (qafqazinfo).

2
Vumart və Güvən reklamı Vumart Güvən