Baş prokuror iki rəis təyin etdi

 18:51 27.04.2022     795

Baş Prokurorluğun Təşkilat və İcraya Nəzarət İdarəsinə yeni rəis təyin olunub.

Redaktor.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

K.Əliyevin əmri ilə bu vəzifəyə Tural Aslanov təyinat alıb.

Həmçinin, Baş prokurorun əmri ilə Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinə Rövşən Abdullayev rəis təyin edilib.