Leyla Seyidbəyli vəzifəsindən azad olundu

7 saylı doğum evinin baş həkimi Leyla Seyidbəyli vəzifəsindən azad edilib.
Redaktor.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Səhiyyə Mərkəzi məlumat verib.
Rəsmi məlumata görə, doğum evinin baş həkimi vəzifəsinə Səadət Şəmiyeva təyin olunub (modern.az).