“Bakıda üçüncü magistral su kəmərinin tikintisinə ehtiyac var” - Anar Cəbrayıllı

 13:52 28.04.2022     130

Bakı şəhərinin şərq hissəsində mövcud şəbəkələrin dayanıqlı su təchizatını aparmaq və su şəbəkəsi olmayan ərazilərdə şəbəkələrin yaradılması üçün Bakının şərq hissəsində Ceyranbatandan Qala və Zirə istiqamətində üçüncü magistral kəmərin tikintisinə tələb var.

Redaktor.az xəbər verir ki, bunu “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı deyib.

O qeyd edib ki, Bakının yeni yaşayış massivlərinin ən çox tikildiyi ərazisi şərq hissəsidir.

“Bu ərazidə iki kəmər var. Bunlardan biri 1980-ci illərdə Ceyranbatan-Maştağa kəndi istiqamətində çəkilib. Digəri 2013-cü ildə istismara verilib. Mütləq üçüncü magistal su kəməri çəkilməli və kəmərin üzərində bir neçə yerdə mərkəzi anbarlar tikilməlidir ki, insanların su təminatını aparaq", - deyə mətbuat katibi bildirib.

Anar Cəbrayıllının sözlərinə görə, bu kəmər çəkilməsə, "Azərsu" istəsə belə, bu gün su olmayan ərazilərə su verə bilməyəcək:

"Şəbəkə qursaq belə həmin şəbəkələrə verməyə su tapmayacağıq. Bununla bağlı biz hökumətə təkliflərimizi təqdim etmişik” .