Tanınmış PR mütəxəssisləri tələbələrə kommunikasıyanın əhəmiyyətinə dair təlim keçib - FOTO

 16:28 28.04.2022     1384

Azərbaycan Dövlət Bədən Təbiyəsi və İdman Akademiyasının İdman tibbi və menecmenti fakültəsinin SABAH qrupları üçün “Düzgün kommunikasıyanın əhəmiyyəti və müasir trendlər” və “Uğurlu kommunikasiyanın qurulması: pozitiv kommunikasiya” mövzularında təlim keçirilib.

Redaktor.az xəbər verir ki, “Düzgün kommunikasiyanın əhəmiyyəti və müasir trendlər” mövzusunda “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova tələbələr qarşısında çıxış edib. O, “Ünsiyyət bacarıqları”, “Ünsiyyət növləri”, “Sərbəst və səmərəli kommunikasiya qurma qabiliyyətinin inkişaf etdirilməsi”, “TƏBİB-in Kommunikasiya strategiyası”, “PR siyasətində müasir trendlər” mövzularına toxunub, şəxsi təcrübəsini bölüşüb.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva “Uğurlu kommunikasiyanın qurulması: pozitiv kommunikasiya” mövzusunda çıxış edib. Səidə Şəfiyeva tələbələrə media sahəsində effektiv kommunikasiyanın qurulması, karyeranın artırılmasında natiqliyin rolu, nitqin qurulması barədə danışıb. O, təlim iştirakçılarına ünsiyyətin tərəfləri, funksiyaları, kommunikasiya növləri, vasitələri haqqında ətraflı məlumat verib, ünsiyyət problemlərinin həllində effektiv ünsiyyət texnikalarını və metodlarını diqqətə çatdırıb, həmçinin praktik çalışmalar tətbiq edib.

Media və ictimaiyyətlə əlaqələr dərsi çərçivəsində təqdim edilən təlim maraqlı simulyasiya və müzakirələrlə başa çatıb.

222222