Yanğında xəsarət alan var - TƏBİB

 22:48 28.04.2022     752

Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında hospitalizasiya olunan yanğınsöndürən ambulator müalicəyə buraxılıb, onun həyatı üçün heç bir təhlükə yoxdur. Yanğında xəsarət alma halı ilə bağlı əlavə heç bir müraciət daxil olmayıb. 

Bu barədə Redaktor.az-a TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları hadisə yerindədir.